Reklamverənlər üçün mütəmadi verilən suallar (FAQ)

Ödəməni hansı formada etmək olar?

Ödəməni aşağıdakı formalarda etmək mümkündür:

  • 1. Plastik kartla online ödəniş
  • 2. Müqavilə əsasında bank köçürmə yolu
  • 3. Nağd şəkildə

Reklamları yayımlamaq üçün minimum məbləğ nə qədər olmalıdır?

Minimum ilkin balans məbləği 10 AZN-dir.

Reklamların qiyməti necə hesablanır?

Adsgarden platformasında həm CPM (hər 1000 göstərimə görə), həm də PPC (pay-per-click, yəni hər klikə görə ödəniş) ilə qiymət hesablanması həyata keçirilir. Reklamların qiyməti müxtəlif faktorlardan (reklamverən şirkət, onun büdcəsi, reklam kreativinin cəlbedici olması, targetinq parametrləri və s.) asılı olaraq dəyişir.

Başlanğıc qiymət olaraq CPM və CPC üçün minimal standart qiymət 0.20 AZN-dir.

Reklamlarımız harada görünəcək?

Reklamlarınız AdsGarden-ə qoşulmuş çoxsaylı internet saytlarında - sizin sifarişin məbləğinə uyğun olaraq, sistem tərəfindən avtomatik və ağıllı alqoritmlər tərəfindən göstərilir. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret kateqoruyalarda görünməsini də ayarlaya bilərsiniz.

Hansı hədəf seçmə metodları var?

Adsgarden Azərbaycanda ən geniş və funksional targetinq imkanlarını təklif edən sistemdir. Aşağıdakı paramterlər üzrə hədəfləmə imkanları var:

  • Cihazlar (destkop, tablet, mobil)
  • Əməliyyat sistemləri üzrə (Android, iOS və s.)
  • Ölkə (Azərbaycan, Rusiya, Türkiyə və s.)
  • Dil (Azərbaycan, rus, ingilis)
  • Həftənin günləri
  • Sayt kateqoriyaları üzrə (Xəbər, Əyləncə, Biznes və s.)

Biz daimi və uğurlu müştərilərimiz üçün xüsusi hədəfləmə imkanları da yaradırıq.

Reklamın göstəriləcəyi saytları seçmək mümkündürmü?

Reklamın məhz hansı saytlarda görünməsini, eləcə də hansı saytlarda görünməsinə qadağa qoyulmasını (bloklanmasını) seçmək mümkündür.

Qeyd edək ki, hədəfin daralması reklamların yerləşmə qiymətinə təsir edir.

Ən çox istifadə olunan reklam ölçüləri hansılardır?

Ən populyar reklam ölçüləri: 300x250, 160x600, 320x100 və 728x90. Bu ölçülər daha çox sayt tərəfindən yerləşdirilmişdir.

Hansı reklam formatları dəstəklənir?

Adsgarden Azərbaycanda ən geniş dijital reklam formatlarını dəstəkləyən resursdur.

  • Sabit .png, .jpg
  • Hərəkətli (HTML5 banner, .gif animasiya)
  • Rich media (catfish, pop-up, pop-under, scfeen-glide və s.)
  • Tizer və qrafik-mətn bloklu reklam (mətn+şəkil+başlıq)
  • Video-reklamlar (outstream in-page, pre-roll, mid-roll, post-roll)

Özəl sifarişlər üçün fərqli format və ölçülər də hazırlayırıq.

Veb-bannerlər üçün texniki tələblər

Reklamların formatı

Reklamın maksimum həcmi

Reklam formatları