Yayınçılar üçün mütəmadi verilən suallar (FAQ)

İstənilən sayt AdsGarden platformasına qoşula bilərmi?

Günlük ən azı 1000 unikal girişi olan istənilən sayt qeydiyyatdan keçib qoşulmaq üçün müraciət edə bilər.

Saytların təsdiqi zamanı onların keyfiyyəti və məzmunu nəzərə alınır. Rədd cavabı alan saytlar 3 aylıq müddətdən sonra problemləri aradan qaldırdığı təqdirdə təkrar müraciət edə bilər.

Bəzi hallarda saytlardan Google Analytics və ya digər sayğac məlumatları istənilə bilər.

Saytımın AdsGarden platformasına qəbul olunduğunu necə bilərəm?

Qeydiyyatdan keçəndən sonra müraciətiniz AdsGarden tərəfindən araşdırılır və ən geci 3 iş günü ərzində təsdiqlənir.

Bəzi hallarda saytınızın texniki göstəricilərinə və məzmununa görə, rədd cavabı verilə bilər.

Sayta neçə reklam slotu yerləşdirə bilərəm və bu gəlirlərimə təsir edəcəkmi?

Reklam yerlərinin sayı (hər səhifədə maksimum 4 ) önəmlidir. Amma daha önəmli olan o reklamların daha görünən və cəlbedici yerdə yerləşdirilməsidir.

Saytın kontentindən və dizaynından asılı olaraq reklam slotlarının sayı dəyişə bilər.

Standart olaraq hər səhifədə maksimum 4 slot yerləşdirilə bilər.

Qazandığım məbləği necə götürə bilərəm?

AdsGarden platformasına qoşulan yayınçılar hesabındakı təsdiqlənmiş balansı hər ayın əvvəlində (1-10 tarixləri arasında) ala bilər. Bunun üçün

  • Sayt hüquqi şəxsdirsə, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.
  • Sayt hüquqi şəxs deyilsə, sayt rəhbəri fiziki şəxs kimi vergi uçotuna dayanmalı, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.
  • Saytı təmsil edən şəxs vergi uçotunda deyilsə, o zaman qanunvericiliyə uyğun olaraq, onun balansına pul köçürülən zaman ödəmə mənbəyindən vergi tətbiq olunacaq (14%).

QEYD: Yığılan məbləği çıxarda bilməyiniz üçün Təsdiqlənmiş balans minimum 50 AZN olmalıdır.

Saytım bloklananda nə olur?

Adsgarden platformasının partnyorlarından olan Google şirkəti tərəfindən reklamların bloklanması halında isə, yayınçının ümumiyyətlə ödəmə hesabı bağlanır.

Adsgarden platformasında Moat, İnnovid, DoubleVerify və s. anti-fraud (saxtakarlıq əleyhinə) sistemlərinin kodları da işləyir.